Modern.az

Azərbaycan qaz ixracını artırdı

Azərbaycan qaz ixracını artırdı

İqtisadiyyat

12 İyul 2023, 09:40

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 12 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 7,5% çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

 

Qeyd olunur ki, hesabat dövründə Avropaya 5,7 mlrd. kubmetr, Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu küçüri (TANAP) Türkiyəni 2,8 mlrd. kubmetr qazla təchiz edib.

 

“Yanvar-iyun aylarında qaz ixracı 7,5% artıb. Avropaya 5,7 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1,3 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 2,8 mlrd.m3 qazla təchiz edib”, - paylaşımda bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi