Rusiyanın xarici borcu 2006-cı ilin minimumunu yeniləyib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin əvvəlindən Rusiyanın xarici borcu 33 milyard dollar (8,75%) azalıb.
İyulun 1-nə bu rəqəm 347,7 milyard dollar təşkil edib ki, bu da 2006-cı ildən bəri ən aşağı göstəricidir.
Tənzimləyicinin fikrincə, göstəricinin dinamikası borc alətləri, o cümlədən birbaşa investisiyalar üzrə sektor öhdəliklərinin azalması ilə bağlıdır. Bu proseslər qismən əvəzedici istiqrazların buraxılması mexanizmi ilə də əlaqədardır.