Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 9 718,8 milyon manatı və yaxud 69,1 %-i cari xərclər, 3 913,7 milyon manatı və yaxud 27,8 %-i əsaslı xərclər, 430,8 milyon manatı və yaxud 3,1 %-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunan göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 % çox, 13,9 % çox və 45,3 % azdır.