Modern.az

Rusiyaya görə taxıl sürətlə bahalaşır

Rusiyaya görə taxıl sürətlə bahalaşır

İqtisadiyyat

17 İyul 2023, 22:50

Rusiyanın Qara dəniz taxıl təşəbbüsündə iştirakını dayandırmasından sonra dünya bazarlarında buğda və qarğıdalı qiymətləri bahalaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Bildirilir ki, Ukrayna taxılının daşınmasının təhlükəsizliyini təmin edən sövdələşmənin ləğvi bütün dünya üzrə istehlakçılar üçün ərzaq qiymətlərinin bahalaşması və hətta bəzi regionlarda aclığa gətirib çıxaracağı təhlükəsi yaradır.

 

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodce deyib ki, Qara Dəniz Taxıl Təşəbbüsü sürətlə bahalaşan ərzaq qiymətlərinin aşağı salınmasında mühüm rol oynayıb.

 

Məlumata görə, ABŞ-da buğda fyuçersləri təxminən 3%, qarğıdalı fyuçersləri isə təxminən 1% artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi