Modern.az

Ən çox borc alan ölkələr - 92 trilyon dollar

Ən çox borc alan ölkələr - 92 trilyon dollar

İqtisadiyyat

20 İyul 2023, 09:00

2022-ci ildə qlobal dövlət borcu 92 trilyon dollara çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Borc Dünyası hesabatında qeyd olunub.

 

Bildirilib ki, qlobal dövlət borcu 2000-ci ildən bəri beş dəfədən çox, ümumi daxili məhsul (ÜDM) isə cəmi üç dəfə artıb. 

 

Ötən ilin sonunda inkişaf etməkdə olan ölkələrin ümumi borcunun təxminən 30%-i Çin, Hindistan və Braziliyanın payına düşüb.

 

Son on ildə inkişaf etməkdə olan ölkələrdə dövlət borcu inkişaf etmiş ölkələrlə müqayisədə daha sürətlə artıb.

 

Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr pandemiya və Rusiyanın Ukraynada apardığı müharibəyə görə daha aktiv borc almağa məcbur olub.

 

Analitiklərin fikrincə, inkişaf etməkdə olan ölkələrdə orta hesabla dövlət borcunun ÜDM-ə nisbəti 60%-dən artıqdır, bu, borcun yüksək səviyyədə olduğunu göstərir. Borca görə 36 ölkə ya böhran ərəfəsindədir, ya da artıq böhran yaşayır.

 

BMT-dən bildirilib ki, kredit verən qurumlar arasında özəl kreditorların (xüsusən də banklar və istiqraz sahiblərinin) payı artır və bu cür borcların qaytarılması inkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrlə müqayisədə xeyli baha başa gəlir. Belə ki, Afrika ölkələri üçün kredit faizləri ABŞ-dan orta hesabla dörd dəfə, Almaniyadan isə 8 dəfə yüksəkdir.

 

Dünyada təxminən 3,3 milyard insan borc qaytarmağa səhiyyə və təhsildən daha çox pul xərcləyən ölkələrdə yaşayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı