Modern.az

İlon Mask bir gündə 20,3 milyard dollar itirdi

İlon Mask bir gündə 20,3 milyard dollar itirdi

21 İyul 2023, 12:02

Amerikalı iş adamı İlon Mask iyulun 20-də 20,3 milyard dollar itirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" indeksində bildirilib.

 

Buna səbəb "Tesla" avtomobil şirkətinin səhmlərinin ucuzlaşması olub. Məlumata görə, bu, tarixdə yeddinci ən böyük azalmadır. Beləliklə, İlon Maskın sərvəti 234,4 milyard dollara qədər azalıb.

 

"Tesla" şirkətinin səhmlərinin 9,7 faiz ucuzlaşmasına səbəb sahibkarın açıqlaması olub. İndiki idurumda kompaniya öz məhsullarının qiymətlərini aşağı salmağa davam etmək məcburiyyətində qala bilər.

 

İtkilərə baxmayaraq, amerikalı iş adamı dünyanın ən zəngin insanı olaraq qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı