Modern.az

80 minə yaxın “Lada” geri çağırıldı

80 minə yaxın “Lada” geri çağırıldı

21 İyul 2023, 09:24

“AvtoVAZ” Rusiyada 79,5 min avtomobili geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi - Rosstandart məlumat yayıb.

 

Söhbət “Lada”nın 2022-2023-cü illərdə buraxılmış “Granta” modellərindən, həmçinin “Niva Legend” və “Niva Travel” yolsuzluq avtomobillərindən gedir.

 

Nəqliyyat vasitələrinin geri çağırılma səbəbi “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi üçün idarəetmə blokunun olmamasıdır.

 

Məlumata görə, bütün avtomobillərdə “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi idarəetmə bloku quraşdırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı