Modern.az

Rəşt-Astara dəmir yolunun tikintisi bu tarixdə BİTƏCƏK

Rəşt-Astara dəmir yolunun tikintisi bu tarixdə BİTƏCƏK

İqtisadiyyat

26 İyul 2023, 12:46

Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Vitaliy Savelyev bildirib.

 

“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tikintinin tam yerinə yetirilməsini gözləyirik”, - Savelyev deyib.

 

Onun sözlərinə görə, “Rusiya Dəmir Yolları” Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.

 

Qeyd olunub ki, mayın 17-də Rusiya və İran Fars körfəzi limanlarına birbaşa keçidi təmin edəcək (Azərbaycan ərazisindən keçməklə - red.) Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

 

Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi