Modern.az

Azərbaycan neftinin qiyməti 88 dolları ÖTDÜ

Azərbaycan neftinin qiyməti 88 dolları ÖTDÜ

İqtisadiyyat

28 İyul 2023, 09:54

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 88 dolları ötüb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,30 ABŞ dolları, yaxud 0,34 % artaraq 88,06 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi