Modern.az

Azərbaycan neftinin qiyməti 90 dollara çatır

Azərbaycan neftinin qiyməti 90 dollara çatır

İqtisadiyyat

1 Avqust 2023, 09:08

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşır.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,26 ABŞ dolları, yaxud 1,43 % artaraq 89,27 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi