Modern.az

Sabiq vitse-prezidentlərə SOCAR-da yeni vəzifə verildi

Sabiq vitse-prezidentlərə SOCAR-da yeni vəzifə verildi

İqtisadiyyat

1 Avqust 2023, 09:40

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.

 

Qeyd edək ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, “SOCAR Türkiyə” və “SOCAR Ukrayna” şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev SOCAR-ın 5 vitse-prezidentinin vəzifələrindən azad olunmaları ilə bağlı Sərəncam imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama