1 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Bu barədə Modern.az-a Mərkəzi Bankdan bildirilib. Məlumata görə, hərracda tələb 66,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 2,1 dəfə çoxdur. Belə ki, iyulun 27-də keçirilən valyuta hərracında banklar 32.5 milyon dollar alış həyata keçirib.
Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.