Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Rəfiqə Hüseyn-zadə 2011-ci ildən SOCAR-da ekologiya üzrə vitse-prezident vəzifəsində çalışıb. O, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin həyat yoldaşıdır.