Modern.az

Azərbaycan neftinin qiyməti 90 dolları KEÇDİ

Azərbaycan neftinin qiyməti 90 dolları KEÇDİ

İqtisadiyyat

5 Avqust 2023, 09:35

 "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 90 dolları ötüb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,21 ABŞ dolları, yaxud 1,36 % artaraq 90,11 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi