Modern.az

Buğda BAHALAŞDI

Buğda BAHALAŞDI

7 Avqust 2023, 11:30

Çikaqo birjasında buğdanın qiyməti 3,4% artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Bu gün səhər saatlarında olan məlumata görə, Çikaqo birjasında buğdanın sentyabr fyuçersləri 6,44 dollar/buşelə (bir buşel təxminən 27 kiloqrama bərabərdir) çatıb.

 

Agentlik bildirir ki, qiymət artımı Ukraynanın Qara dənizdə Rusiya gəmilərinə hücumlarından dərhal sonra başlayıb.

 

Qeyd edək ki, Ukrayna avqustun 4-də Novorossiyskdəki hərbi dəniz bazasına, avqustun 5-də isə Kerç boğazında tankerə hücum edib. Novorossiysk Rusiya mallarının Qara dənizdən keçən əsas ixrac marşrutudur. Rusiya taxılının böyük hissəsini dəniz yolu ilə daşıyır.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?