Modern.az

Rublun zəifləməsinə görə əmək miqrantları Rusiyanı tərk edə bilər

Rublun zəifləməsinə görə əmək miqrantları Rusiyanı tərk edə bilər

İqtisadiyyat

16 Avqust 2023, 10:44

"Rublun dollara və avroya nisbətdə zəifləməsi və nəticədə gəlirlərin azalması səbəbindən əmək miqrantlarının üçdə birinə qədəri Rusiyanı tərk edə bilər".

 

Modern.az xəbər verir ki, “Vedomosti”yə belə bir proqnozu Moskvadakı özbək diasporunun rəhbəri Bəhrom İsmayılov verib.

 

Özbək diasporunun nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 50%-i dolların bahalaşması ilə əlaqədar Rusiyanı tərk etməyi düşünür. Respondentlərin 25%-i bunu etməyi planlaşdırmır, 25%-i isə hələlik cavab qərarı verməyib. Onlayn sorğuda ümumilikdə 22 800 nəfər iştirak edib.

 

İyunun sonundan etibarən rubl əsas xarici valyutalar qarşısında zəifləyir. Avqustun 14-də Moskva birjasında 2022-ci ilin mart ayının sonundan bəri ilk dəfə olaraq dollar 101 rublu, avro 110 rublu ötüb.

 

İsmayılovun sözlərinə görə, dolların məzənnəsinin artması ilə əlaqədar Rusiyada xarici vətəndaşların qazancı azalır və getdikcə ölkə daxilindəki gəlirləri ilə müqayisə olunmağa başlayır. O, əmək miqrantlarının xaricə axınının ilk növbədə ən az maaş olan sahələrdə - pərakəndə satış, iaşə, təmizlik, ictimai iaşə, kuryer çatdırılması, kənd təsərrüfatı və s. olduğunu xatırladıb.

 

Moskva Dövlət Universiteti və Rusiya Miqrantlar Federasiyası ictimai təşkilatının ekspertlərinin araşdırmasına görə, 2021-ci ildə Rusiyada əmək miqrantlarının orta əmək haqqı 47.1 min rubl təşkil edib. Ən yüksək əmək haqqı o zaman tikinti və təmirdə işləyən miqrantlar arasında qeydə alınıb - 54 min rubl. Ən aşağı maaş isə kənd təsərrüfatında işləyənlər arasında olub - 37 min rubl.

 

Diaspor rəhbərinin fikrincə, rublun məzənnəsinin zəifləməsi ilə bağlı həqiqətən də xarici işçi qüvvəsinin axını ola bilər, lakin bu, Rusiyada işləyən miqrantların indiki sayının 10%-ni keçməyəcək.

 

Rusiya Əmək Nazirliyi tabeliyində olan Əməyin Mühafizəsi və İqtisadiyyatı üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun məlumatlarına istinadən 2030-cu ilə qədər Rusiyada əmək miqrantlarına ehtiyacın 3.5 milyon nəfər olacağı hesablanıb. Məlumata görə, əcnəbi işçilərə tələbat əsasən pərakəndə ticarət, nəqliyyat, xidmət və tikinti sahələrində cəmlənib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir