Modern.az

Rusların ən çox üz tutduğu ölkələrdən biri Azərbaycandır

Rusların ən çox üz tutduğu ölkələrdən biri Azərbaycandır

17 Avqust 2023, 10:08

Rusiyalılar bu il uzunmüddətli səyahət üçün daha çox Türkiyə, Azərbaycan, Tailand, İsrail və Vyetnamı seçiblər.

 

Modern.az “Yandeks Puteşestviy” portalının apardığı tədqiqatların nəticələrinə istinadən xəbər verir ki, ötən ilin yayı ilə müqayisədə Azərbaycanın payına düşən uzunmüddətli səfərlərin sayı iki dəfə artıb.

 

“2023-cü ilin yayında uzunmüddətli səyahətlər üçün ən populyar ölkələr bunlardır: Türkiyə, Azərbaycan, Tailand, İsrail və Vyetnam. 2022-ci ilin yayı ilə müqayisədə uzunmüddətli səfərlərin payı Türkiyəyə bir yarım, Azərbaycan və Tailanda isə iki dəfə artıb”, - deyə ekspertlər qeyd edirlər.

 

Analitiklər otellərin bronlaşdırılması və aviabiletlərin axtarışı üzrə məlumatları öyrənərək bu yay rusiyalıların 21 gündən artıq çəkən səfərlərə hansı istiqamətdə yollanmasını aşkarlayıblar.

 

Tədqiqatların nəticələrinə görə, 2023-cü ilin yayının uzunmüddətli səfərlərinin 55 faizi Rusiyanın, qalanı isə xarici ölkələrin payına düşüb. Həm də xaricə uzunmüddətli səyahətlərin payı pandemiyadan sonra pik həddə çatıb. Ən populyar xarici istiqamətlər üzrə İstanbul, Bakı, Antalya, Banqkok və Təl-Əviv, Rusiya daxilində isə Soçi, Mineralnıye Vodı, Sankt-Peterburq, Kalininqrad və Mahaçqala olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi