Modern.az

Neftimiz yenidən bahalaşdı

Neftimiz yenidən bahalaşdı

17 Avqust 2023, 10:15

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,16 ABŞ dolları və ya 0,18% artaraq, 89,29 ABŞ dollarına bərabər olub.


Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi