"İqtisadiyyatda balansın bərpasına ehtiyac aşkardır. Maliyyə sabitliyimizi gücləndirmək üçün pul siyasətində başladığımız sadələşdirmə və sərtləşdirmə addımları davam edəcək".
Modern.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.
"Atdığımız addımlar Türkiyə iqtisadiyyatı ilə bağlı gözləntilərə müsbət təsir göstərməyə başladı. Sektoru narahat edən mənfi faiz marjası geridə qalıb. Biz maliyyə sabitliyini daha da gücləndirəcəyik. Bütün bu problemli qlobal maliyyə şərtlərinə baxmayaraq, biz 2023-cü ildə təxminən 4.5 faiz artım gözləyirik. Özəl bankların yalnız istehlak kreditlərinə diqqət yetirdiyi dövr geridə qalmalıdır. Çünki bu şərtlər ortadan qalxıb. Real sektora dəstək olmaq bizim əsas borcumuzdur. Dayanıqlı yüksək artımın davam etdirilməsi üçün real sektorun maliyyəyə çıxışı vacibdir", - nazir vurğulayıb.
"Yəqin ki, monetar sərtləşdirmənin sonundayıq", - Şimşek əlavə edib.