Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.5% və ya 0.41 dollar artaraq 89.66 ABŞ dolları təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində isə Brent neftinin ixracına dair 2023-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,19% azalaraq 1 barelə görə 84.30 dollar təşkil edib.