Modern.az

Norveç şirkəti \"Azəri-Çıraq-Günəşli\"dəki payını satır

Norveç şirkəti \

22 Avqust 2023, 11:02

Norveçin “Equinor” neft şirkəti Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində 7,27 % payını satmaq istəyir.

 

Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda satışla bağlı araşdırma aparılır.

 

Məlumata görə, maraqlı tərəflər arasında ABŞ-ın “ExxonMobil” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Inpex” şirkəti var. Mövcud razılaşmanın şərtlərinə görə, “Equnior” öz payının satışı ilə bağlı ilk olaraq SOCAR-a müraciət etməlidir.

 

Qeyd edək ki, "Equinor" Xəzər dənizində digər kəşfiyyat sahələrində, eləcə də Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərində 8,71 % paya da malikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi