Modern.az

Dollara tələb 45%-dən çox olub

Dollara tələb 45%-dən çox olub

22 Avqust 2023, 12:52

22 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, hərracda tələb 59.9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Qeyd edək ki, bu göstərici ötən hərracdan 45% çoxdur. Belə ki, 17 avqustda keçirilən valyuta hərracında banklar 41.3 milyon dollar alış həyata keçirib.

 

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi