Modern.az

Avropa müharibə fonunda ikinci qışa hazırlaşır - Böhran təhlükəsi...

Avropa müharibə fonunda ikinci qışa hazırlaşır - Böhran təhlükəsi...

23 Avqust 2023, 10:39

24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Avropa Birliyini enerji böhranı ilə üz-üzə qoyub. Rusiya təşkilata üzv olan ölkələrə qaz tədarükünü azaldıb, bəzi ölkələr könüllü şəkildə Rusiya qazından imtina edib. Avropa İttifaqı qaz böhranını həll etmək üçün alternativ təchizatçılara üz tutub.

 

Modern.az bildirir ki, ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin tutumu 110 milyard kubmetrə qədər olan təbii qaz anbarı var. Bu qış üçün anbarlarda doluluq 90 faizdən çoxdur. Yəni hazırkı ehtiyatlar qitənin bütün qış ehtiyaclarını ödəyəcək səviyyədə deyil.

 

Aİ Komissiyasının enerjidən məsul üzvü Kadri Simson qitənin enerji təhlükəsizliyinin ötən illə müqayisədə daha stabil vəziyyətdə olduğunu bildirib. Bununla belə, o, qaz bazarının son həftələrdə həssas qaldığına diqqət çəkib.

 

Bu çərçivədə mövsümi normallardan daha soyuq hava şəraiti, enerji əsaslı istehsalda artan istehlak və beynəlxalq bazarlardakı gedişatlar böhrana səbəb ola biləcək amillər kimi önə çıxır.

 

Anbarların dolması o demək deyil ki, Avropa təbii qaza ucuz çıxış əldə edəcək. Son 10 ildə artmağa davam edən təbii qaz qiymətləri daha da arta bilər.

 

Hətta alternativ tədarükçülərdən biri olan Avstraliya qaz şirkətinin işçilərinin tətilə çıxması ehtimalı da qiymətləri 7 faiz artırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi