İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Modern.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, dövlət əmlaklarına ümumilikdə 42 sifariş qəbul edilib.
“UAZ” markalı avtomobilin start qiyməti 3 500 manat olsa da, ən son təklif 8 400 manata yüksəlib. Ilkin qiyməti 8 100 manat olan “QAZ 3302” markalı nəqliyyat vasitəsi 8 570 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/35QxX7 linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərrac avqustun 29-da keçiriləcək.