Modern.az

72 dövlət əmlakı hərraca çıxarılır

72 dövlət əmlakı hərraca çıxarılır

İqtisadiyyat

29 Avqust 2023, 14:48

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 19-də və 26-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.

 

Bu barədə Modern.az-a Dövlət Xidmətindən bildirilib.

 

Məlumata görə, hərraclara ümumilikdə 72 dövlət əmlakı çıxarılacaq.

 

Belə ki, sentyabrın 12-də baş tutacaq hərracda 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil təqdim ediləcək. Bunların arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.

 

Sentyabrın 26-da keçiriləcək hərracda isə 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.

 

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi