Modern.az

Taleh Kazımov Dünya Bankın nümayəndəsi ilə müzakirələr apardı

Taleh Kazımov Dünya Bankın nümayəndəsi ilə müzakirələr apardı

İqtisadiyyat

29 Avqust 2023, 17:58

Bu gün Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının (DB) Azərbaycan üzrə yeni ölkə meneceri xanım Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə Dünya Bankının Azərbaycandakı mövcud fəaliyyəti və 2023-2028-ci illlər üzrə yeni əməkdaşlıq çərçivəsinə dair fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda Dünya Bankı və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi