Modern.az

Neftimiz 90 dolları ÖTDÜ

Neftimiz 90 dolları ÖTDÜ

İqtisadiyyat

1 Sentyabr 2023, 09:24

"Azeri Light" markalı Azərbaycan nefti yeni rekord qiymətə qalxıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,75 % artaraq 91,43 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi