"Sərhədin açılacağı təqdirdə Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi 10 dəfə artacaq".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, Ermənistan İqtisadiyyat Nazirliyinin proqnozunda göstərilib.
Nazirliyin proqnozunda qeyd olunub ki, dənizə çıxışı olmayan istənilən dövlət üçün qonşu ölkələr təkcə ticarət bazarı deyil, həm də tranzit marşrutlarıdır.
"Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır, ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir", - proqnozda deyilir.