Modern.az

Özbəkistanda beynəlxalq köçürmə xidmətləri dayandırılıb

Özbəkistanda beynəlxalq köçürmə xidmətləri dayandırılıb

İqtisadiyyat

5 Sentyabr 2023, 10:54

Sahəsində iki ən böyük xidmət olan "Pay Way" və "Oson" Özbəkistanda beynəlxalq köçürmələri dayandırıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, onların həyata keçirdiyi bütün beynəlxalq köçürmələrin 80%-dən çoxu Rusiya Federasiyasının payına düşür.

 

"Pay Way" açıqlayıb ki, bütün beynəlxalq istiqamətlərə, o cümlədən Rusiyadan və Rusiyaya köçürmələr tətbiqdə qeyri-aktiv edilib.

 

Xidmət onu da qeyd edib ki, Özbəkistan Mərkəzi Bankı bu istiqamətləri müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib, lakin səbəbləri məlum deyil.

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var