Modern.az

Aİ Rusiya aktivlərindən gələn gəlirdən vergi tutulmasını müzakirə edir

Aİ Rusiya aktivlərindən gələn gəlirdən vergi tutulmasını müzakirə edir

İqtisadiyyat

7 Sentyabr 2023, 12:52

Aİ Rusiya Federasiyasının aktivlərindən əldə edilən gəlirlərdən vergi tutulmasını müzakirə edir.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu, təxminən 3 milyard avro əlavə mənfəət gətirə bilər.

 

Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini vergiyə cəlb etməyi və onları Ukraynaya yardıma göndərmək üçün Aİ büdcəsinə köçürməyi planlaşdırır. Plan Aİ-yə üzv olan 27 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir. 

 

Bəzi ölkələr Rusiyanın aktivlərinin çıxarılmasının avrozonanın investisiya cəlbediciliyinin azalmasına səbəb olacağından ehtiyat edir. Baltikyanı ölkələr və Polşa Rusiya Federasiyasının dondurulmuş vəsaitlərinin tam müsadirə edilməsində israrlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi