Modern.az

Ticarət dövriyyəsi 300 milyon dollar təşkil edib - Səfir

Ticarət dövriyyəsi 300 milyon dollar təşkil edib - Səfir

İqtisadiyyat

11 Sentyabr 2023, 12:02

Orta Dəhlizdən istifadə məsələsi bu gün gündəmdədir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırki vəziyyətinə dair dəyirmi masada Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel bildirib.

 

“Bu gün bizim üçün mühüm olan tərəfdaşlıq sahələridir. Eyni zamanda ticarət-iqtisadi və investisiya əməkdaşlığıdır. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi yüksəkdir. Təkcə bu ilin 6 ayında isə ticarət dövriyyəsi 300 milyon dollar təşkil edib”, - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi