Modern.az

OPEC-dən müqayisəli 2023 və 2024 PROQNOZLARI

OPEC-dən müqayisəli 2023 və 2024 PROQNOZLARI

İqtisadiyyat

12 Sentyabr 2023, 17:43

2024-cü ildə qlobal neft tələbatı sutkada 2.2 milyon barel artaraq 104.3 milyon barel olacaq.

 

Modern.az xəbər verir ki, bu proqnoz OPEC-in sentyabr hesabatında yer alıb.

 

2023-cü ildə qlobal neft tələbatı sutkada 2.4 milyon barel artacaq və ümumilikdə orta hesabla 102.1 milyon barel olacaq. Belə ki, OPEC-in 2023 və 2024-cü illər üzrə təxminləri avqust hesabatından sonra dəyişməyib. Təşkilat 2024-cü ildə neft tələbinin güclü qlobal artımı və Çində yaxşılaşan iqtisadi vəziyyəti dəstəkləyəcəyini gözləyir.

 

Sentyabr ayı proqnozunda OPEC 2023-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogen hasilatının artımı ilə bağlı təxminini 1.6 milyon barelə çatdırıb. Mütləq ifadədə hasilat sutkada 67.4 milyon barelə çata bilər.

 

Bununla yanaşı, təşkilat 2024-cü il üçün dünya neft hasilatı proqnozunu dəyişməyib - OPEC hasilatın sutkada 1.4 milyon barel artaraq 68.8 milyon barel olacağını gözləyir. Hesabatda göstərildiyi kimi, 2024-cü ildə neft tədarükünün artımının əsas ölkələri ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstandır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi