Modern.az

Mərkəzi Bank faiz qərarını sabah açıqlayacaq

Mərkəzi Bank faiz qərarını sabah açıqlayacaq

19 Sentyabr 2023, 11:24

Azərbaycan Mərkəzi Bankı sabah faiz dəhlizinin parametrlərini açıqlayacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 

Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı ilə əlaqədar press-reliz 20 sentyabr 2023-cü il tarixində saat 11:00-da yayımlanacaq.

 

AMB sonuncu dəfə bu il mayın 4-də uçot faiz dərəcəsini 8.75%-dən 9%-ə kimi artırıb. AMB-nin sonrakı qərarlarında uçot faiz dərəcəsi sabit qalıb. Hazırda faiz dəhlizinin yuxarı həddi 10%, aşağı həddi isə 7.5% təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi