Modern.az

Mərkəzi Bank 8 aya 122 milyon dollar alıb

Mərkəzi Bank 8 aya 122 milyon dollar alıb

20 Sentyabr 2023, 11:10

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olub.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

 

Məlumata görə, 8 ay ərzində AMB-də keçirilmiş valyuta hərraclarının 99 %-də təklif tələbi üstələyib.

 

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 295,8 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 % azdır.

 

Təkcə ötən ay isə valyuta satışının məbləği 452 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,6 % çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi