Modern.az

Mərkəzi Bank profisit proqnozunu AÇIQLADI

Mərkəzi Bank profisit proqnozunu AÇIQLADI

20 Sentyabr 2023, 11:16

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar balansında (CƏB) ümumi daxili məhsulun (ÜDM) təxminən 15 %-i qədər profisit proqnozlaşdırır.

 

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

“Xarici mühitin əlverişli olaraq qalması valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynayıb. 2023-cü ilin yanvar-iyun aylarında tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5,2 milyard ABŞ dolları və yaxud ÜDM-in 14,5 %-i qədər olub. Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir", - deyə AMB bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi