Modern.az

Müdafiə və təhlükəsizlik xərcləri 6 % ARTIRILIR

Müdafiə və təhlükəsizlik xərcləri 6 % ARTIRILIR

İqtisadiyyat

21 Sentyabr 2023, 13:58

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri bu illə müqayisədə artırılır.

 

Bu barədə Modern.az-a Maliyyə Nazirliyindən  məlumat verilib. 

 

Məlumata görə, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6 % çoxdur. 2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması nəzərdə tutulur.

 

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb.

 

Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ