Qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 17% artıb

Qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 17% artıb

22 Sentyabr 2023, 14:38

İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları Azərbaycanda 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən 17,1% artıb.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

Nazir qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 7 milyard 98,8 milyon manata çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna irəlilədi: Rusiya bir gündə şok itki verdi