“Azeri Light” bir az da ucuzlaşdı

“Azeri Light” bir az da ucuzlaşdı

23 Sentyabr 2023, 09:44

Dünya bazarlarında “Azeri Light” (CIF)  markalı Azərbaycan nefti ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.81 dollar və ya 0.80% azalaraq 99.97 ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, ötən gün neftimiz 100.78 ABŞ dollarına ticarət edilib.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna irəlilədi: Rusiya bir gündə şok itki verdi