İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avstraliyada iş adamları ilə görüşüb.
“Modern.az”ın məlumatına görə, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində yazıb.
"Avstraliyada son dayanacağımız Sidney şəhəridir. Bu şəhərdə və ümumiyyətlə qitədə çalışan Azərbaycan və Türkiyə MUSAID Sidneyin iş adamları ilə görüşdük. Tikinti, təhsil, qida və nəqliyyat-logistika sektorlarında çalışan iş adamları ilə ticarətdə yeni fürsətlər barədə danışdıq", - Orxan Məmmədov qeyd edib.
Avstraliyada son dayanacağımız #Sidney şəhəridir. Bu şəhərdə və ümumiyyətlə qitədə çalışan #Azərbaycan və #Türkiye @MUSIADSydney iş adamları ilə görüşdük. Tikinti,təhsil, qida və nəqliyyat-logistika sektorlarında çalışan iş adamları ilə ticarətdə yeni fürsətlər barədə danışdıq. pic.twitter.com/7A5bwIm0QG
— Orkhan Mammadov (@MammadovOrkh) September 23, 2023