“Global Witness” hüquq müdafiə təşkilatının məlumatına görə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiyadan Avropaya mayeləşdirilmiş təbii qaz idxalı 40% artıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Rusiya nefti və kömürü Aİ sanksiyaları altına düşüb, lakin maye qaza sanksiya tətbiq olunmayıb.
Bununla belə, "Bloomberg"in məlumatına görə, oktyabr ayında Avropa İttifaqı Rusiyaya qarşı yeni, 12-ci sanksiyalar paketini elan edə bilər.
Burada ilk dəfə olaraq Rusiyanın LNG-sinə hələlik məlum olmayan məhdudiyyətlər gözlənilir.