Modern.az

Transxəzər marşrutu üzrə tərəfdaşların növbəti iclası - FOTO

Transxəzər marşrutu üzrə tərəfdaşların növbəti iclası - FOTO

İqtisadiyyat

29 Sentyabr 2023, 20:12

28-29 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının növbəti iclası baş tutub.

 

Modern.az xəbər verir ki, iclasda sözügedən marşruta əlavə yük həcmlərinin cəlb edilməsi və xidmət keyfiyyətinin, o cümlədən yük əməliyyatlarının səmərəliliyinin artırılması ilə bağlı məhsuldar müzakirələr aparılıb. 

 

Eyni zamanda, Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nizamnamə və üzvlük haqqında Əsasnamənin yeni versiyası yekdilliklə qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək