Modern.az

Azərbaycan Qafqazın ən böyük günəş elektrik stansiyasını işə salacaq

Azərbaycan Qafqazın ən böyük günəş elektrik stansiyasını işə salacaq

İqtisadiyyat

30 Sentyabr 2023, 16:02

Gələn ilin oktyabrında Qafqazın və keçmiş SSRİ-nin ən böyük günəş elektrik stansiyasının (GES) açılışını etməyi düşünürük.

Modern.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Gücü 230 MVT olacaq stansiya sırf xarici investorların dəstəyi ilə yaradılır. Biz BP və onun tərəfdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə 240 MVt-lıq GES-si tikməyi də planlaşdırırıq. Bu isə təbii ki, Azərbaycanın öhdəlik kimi götürdüyü sıfır karbon emissiyası proqramına uyğundur”, - deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17 faizi bərpaolunan enerji mənbələrinin payına düşür.

Nazir müavini qeyd edib ki, hazırda bu payın artırılması istiqamətində müvafiq işlər görülür.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi