Modern.az

Rəqabət reyestri yaradıla bilər

Rəqabət reyestri yaradıla bilər

İqtisadiyyat

5 Oktyabr 2023, 12:46

“Hökmran mövqe reyestrinin olması hər iştirakçı üçün maraqlı olardı. Amma rəqabət orqanı çox geniş data üzəridə işləməlidir. Biz hansıa yüksək hədəfləri qoya bilərik, amma onun praktiki nəticəsi olmayacaqsa, qanun işləməyəcək”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. 


“Gələcəkdə Azərbaycanda rəqabət reyestrinin olmasını dəstəkləyirik, amma buna müəyyən zaman lazımdır. Reyestrin olması yaxşı olardı. Bu iştirakçıların mövqeyini yüngülləşdirərdi. Ammabu gün onun icra mexanizmi çətindir. Çünki qısa bir müddət ərzində çox böyük datanın yığılması işi aparılmaldır. Bu uzun müddət tələb edən məsələdir. İkincisi, bazarda sahibkarların fəaliyyəti dinamikdir və bazar payları dəyişir”,- deyə M.Abbasbəyli bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi