Modern.az

Bakıda at əti satanların qarşısı alındı - FOTO

Bakıda at əti satanların qarşısı alındı - FOTO

İqtisadiyyat

5 Oktyabr 2023, 17:24

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində yoxlama keçirilib.
 

Modern.az-ın məlumatına görə, baxış zamanı ət satışı məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məntəqədə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarının pozulduğu məlum olub. Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kq istehlaka yararsız ət aşkarlanıb.

Laborator müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, ətlərdə at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.
 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi