Modern.az

"Muğan Bank"ın 217 milyon manat əmanəti sığortalanıb

İqtisadiyyat

19 Oktyabr 2023, 09:24

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Muğan Bank" ASC-də 217 milyon manata yaxın sığortalanmış (kompensasiya olunan) əmanət var.

 

Modern.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

 

"Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə əmanətlər 216,7 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", - deyə qurum bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi