“KamAZ” gələn il sərnişindaşıma üzrə istehsalın həcmini 20% artırmağı planlaşdırır.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, şirkət trolleybusların seriyalı istehsalı ilə öz xəttini genişləndirəcək.
Açıqlamaya görə, 2023-cü ildə təxminən 2 min ədəd sərnişin nəqliyyatı istehsal etməyi planlaşdırır. Ötən illə müqayisədə 30%-ə yaxın artım var. Gələn il üçün isə planlarda 20% artım var.
Ötən ay bildirilmişdi ki, Rusiya və dost ölkələrdən gələn komponentlərdən istifadə edilməklə istehsal olunan hidrogen elektrik avtobusu - Vodorbus təqdim ediləcək.
Şirkət həmçinin RF Çuvaşiya Respublikası ilə trolleybusların sınaq istismarına dair müqavilə bağlayıb.