Modern.az

Neft Fondunun gələn il üçün büdcəsi 13 milyard manat olacaq

Neft Fondunun gələn il üçün büdcəsi 13 milyard manat olacaq

İqtisadiyyat

20 Oktyabr 2023, 11:46

Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin gəlirlərinin 12 milyard 073,3 milyon manat, xərclərinin isə 12 milyard 862 milyon manat olacağı gözlənilir.

 

Modern.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 26,1 % az və 8,5 % çoxdur.

 

Son nəticədə Fondun büdcəsində 788,7 milyon manat kəsir yaranmalıdır. Builki proqnoz 4 milyard 487,5 milyon manat profisitdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi