Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-2027-ci illər üzrə baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti üçün 60 ABŞ dolları götürülüb.
Modern.az xəbər verir ki, bu barədə 2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi sənədində qeyd edilib.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
Beynəlxalq Valyuta Fondunun iyul hesabatına əsasən, 2023-cü il ərzində bir barel neftin orta qiymətinin 76,43 ABŞ dolları, 2024-cü ildə isə 71,68 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılıb.
Dünya Bankı isə illik orta neft qiymətinin növbəti ildə artaraq 82 ABŞ dollarına çatacağını proqnozlaşdırır.