Modern.az

Gürcüstanda elektrik enerjisi istehlakı azalıb - 7.6 faiz

Gürcüstanda elektrik enerjisi istehlakı azalıb - 7.6 faiz

İqtisadiyyat

24 Oktyabr 2023, 10:28

2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstanda elektrik enerjisi istehlakı ötən illə müqayisədə 7.6% azalaraq 10,3 milyard kilovat/saat təşkil edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu dövrdə ölkədə təqribən 11.2 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib. 

 

Bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1.9 faiz çoxdur. İstehsal olunan enerjinin böyük payı su elektrik stansiyalarının payına düşür - 8.8 milyard kilovat/saat.

 

İstilik elektrik stansiyaları 2.3 milyard kilovat/saat, Kartli külək təsərrüfatı isə 66.34 milyon kilovat/saat istehsal edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi