Modern.az

Problemli kreditlərin məbləği 20 % azalıb

Problemli kreditlərin məbləği 20 % azalıb

İqtisadiyyat

24 Oktyabr 2023, 10:48

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,7 % azdır.

 

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4 %, son 1 ildə isə 20 % azalıb.

 

Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət avqustun sonuna 2,4 %, ötən ilin sonuna 2,9 %, ötən il sentyabrın sonuna isə 3,3 % olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi